“Porsche” ilk yarıda Çinin təsiri ilə daha az avtomobil satıb

Alman avtomobil istehsalçısı “Volkswagen Group”un lüks markası “Porsche”, ilin ilk yarısında Çində tələbin azalması səbəbindən qlobal avtomobil tədarüklərinin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% azaldığını bildirib.

İndex.az xəbər verir ki, buna görə, “Porsche”nin tədarükləri cari ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrünə görə 7% azalaraq 155 min 945-ə geriləyib.

Sözügedən dövr ərzində “Porsche” Çinə illik 29 min 551 avtomobil tədarük edib.

Bunun əsas səbəbləri Çin bazarında davam edən gərgin iqtisadi vəziyyət və dəyər yönümlü satışlara diqqətin yönəldilməsidir.