“Microsoft” Çindəki işçilərinə “Android”dən istifadə etməyi qadağan etdi

Bütün dünyada fəaliyyət göstərən “Microsoft” bu gün Çindəki işçilərini yaxından maraqlandıran bir qərar verdi.

İndex.az xəbər verir ki, “Bloomberg”in əldə etdiyi məlumata görə, texnologiya nəhəngi ölkədəki işçilərinə “Android” telefonlarından istifadə etməyi qadağan edib.

Şirkətin “Secure Future Initiative” (SFI) adlı təhlükəsizlik təşəbbüsü çərçivəsində qəbul edilən qərar 2024-cü ilin sentyabr ayından etibarən qüvvəyə minəcək.

“Android” cihazlarına qoyulan qadağa ilə Çindəki “Microsoft” işçiləri yalnız “iPhone” modellərindən istifadə etməli olacaqlar. Texnologiya nəhəngi işçilərinə məlumat verib ki, şirkətin sistemlərinə daxil olarkən istifadə edilən autentifikasiya “iPhone” kimi “Apple” cihazları ilə aparılmalıdır. Bu yolla bütün işçilər “Microsoft Authenticator” və “Identity Pass” proqramlarından istifadə edə biləcəklər.