“Liverpool” Barış Alper Yılmazı transfer etmək istəyir

2024-cü il Avropa Futbol Çempionatının ardından bu mövsüm “Qalatasaray” və Milli Komandada ümumilikdə 70 matça çıxan və göstərdiyi performansla bəyənilən Barış Alper Yılmaza Avropanın aparıcı komandaları talib olub.

İndex.az xəbər verir ki, 2024-cü il Avropa Futbol Çempionatında göstərdiyi performansla diqqət çəkən və son olaraq 1/4 finalda Niderlanda qarşı parlaq oyun nümayiş etdirən ulduz futbolçu ilə İngiltərə nəhəngi “Liverpul”un maraqlandığı öyrənilib.

Qeyd edək ki, “Mançester Yunayted” və “Tottenhem”in də maraqlandığı ingiltərəli 24 yaşlı hücumçu Niderland müdafiəsində çıxış edən dünyaca məşhur futbolçular Vircil van Deyk və Ake qarşısında qurduğu üstünlük ilə hər kəsi heyran qoyub.

Premyer Liqada “Liverpul” və “Mançester Siti”nin formasını geyinən futbolçulara qarşı üstün çıxışı ingilisləri də təəccübləndirib. “Liverpul”un matçdan sonra dərhal sarı-qırmızılı futbolçu ilə danışıqlara başladığı bildirilib.

Barış Alper üçün 30 milyon avro transfer haqqı təyin edən sarı-qırmızılı rəhbərliyin xüsusilə Niderland matçından sonra bu rəqəmi ikiqat qaldıracağı bildirilir.

Barış Alper 2023-24 mövsümünü bütün yarışlarda 70 matçla tamamlasa da, 9 qol və 12 məhsuldar ötürmə ilə çıxış edib.