“Telegram” Rusiyada 3 milyon rubl cərimələnib

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) “Telegram”a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

İndex.az xəbər verir ki, məhkəmə Rusiyada hökumət əleyhinə məzmunlara “Telegram” vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl cərimələyib.

Bundan əvvəl ölkədə oxşar pozuntulara görə “Telegram”da müxtəlif cərimələr tətbiq edilmişdi. X, “Facebook” və “Instagram” kimi platformalara çıxışın olmadığı Rusiyada “Telegram” ölkədə ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.