Mahuçix 37 il sonra hündürlüyə tullanma üzrə dünya rekordunu yeniləyib

Fransanın paytaxtı Parisdə keçirilən “Brilyant Liqa” yarışında iştirak edən 22 yaşlı Mahuçix 2,10 metr tullanaraq dünya rekordu qırıb.

İndex.az xəbər verir ki, dünya və Avropa çempionu Mahuçix 1987-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən Atletika üzrə Dünya Çempionatında Kostadinovanın 2,09 metrlə qırdığı rekordun yeni sahibi oldu.

Eyni yarışda yarışan keniyalı Faith Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda dünya rekordunu 3:49,11-dən 3:49,04-ə endirib.