Ronaldo antirekordunu yeniləyib

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Avropa və dünya çempionatlarındakı antirekordunu yeniləyib.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatında 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.

Bununla da o, 2022-ci ildə keçirilən dünya çempionatındakı antirekordunu (39) yeniləyib. Ronaldu bu baxımdan ən yaxşı göstəriciyə DÇ-2006-da imza atıb – 66,2 toxunuş.

Qeyd edək ki, Portuqaliya millisi 1/4 finalda qarşılaşdığı Fransa ilə matçda penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.