“Ford” elektrikli avtomobil satış rəqəmlərini açıqladı

Elektrikli avtomobil bazarı günü-gündən böyüməyə davam edir.

İndex.az xəbər verir ki, “Ford”un üzü isə hələlik gülümsəyir. Bu gün elektrikli avtomobillərinin satış rəqəmlərini açıqlayan şirkət bu ilin ilk yarısında 44 min 180 avtomobil satıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,8% çoxdur.

Bu ilin birinci və ikinci rübləri arasında fərq 61,4% təşkil edir. “Ford”, ikinci rübdə, yəni üç ayda 23 min 957 avtomobil satmağı bacardı, ətraflı baxdığımızda “Mustang Mach-E” üçün yüzdə 46,5, “F150 Lightning” üçün yüzdə 76,9 və “E-Transit” üçün yüzdə 95,5 artım qeyd edib. Hibrid tərəfdə isə 55,6 faiz artım var. Ümumi hibrid satış rəqəmi isə 53 min 822 olaraq ifadə edilir.