BYD şirkəti Cənub-Şərqi Asiyada elektrikli avtomobil fabriki açır

Çinin BYD şirkəti Taylandda elektrikli avtomobil fabriki açır.

İndex.az xəbər verir ki, BYD-nin baş direktoru və prezidenti Vanq Çuanfu təqdimat mərasimində bildirib ki, Taylandın aydın elektrik avtomobili vizyonu var və avtomobil istehsalında yeni dövrə qədəm qoyulur.

Hökumətin planına görə, Tailandda 2030-cu ilə qədər illik 2,5 milyon avtomobil istehsalının 30%-i elektrikli avtomobillərə çevirləcək.