Yolda sürməyə icazə verilməyən 6 avtomobil – FOTO

İdman avtomobil istehsalçıları məhdudiyyətləri aşmağı sevirlər. Bəzən hətta elə modellər də istehsal edirlər ki, biz onları ancaq uçuş zolağında görə bilirik.

Bəzi avtomobillərin də yollarda hərəkəti qadağan edilib. Təəssüf ki, onlarla ancaq yarış yollarında və xüsusi tədbirlərdə qarşılaşa bilərik.

İndex.az yolda sürməyə icazə verilməyən avtomobilləri təqdim edir:

Maserati MC12 Corsa
Ferrari FXX
Lamborghini Sesto Elemento
Bugatti Bolide
McLaren P1 GTR
Pagani Huayra R

Maserati MC12 Corsa

Maserati tərəfindən sırf yarış trekləri üçün hazırlanmış bu avtomobil bildiyimiz MC12-nin yarış versiyasıdır.

2004 və 2005-ci illərdə cəmi 12 ədəd istehsal edilib. “MC12 Corsa” öz gücünü təxminən 755 at gücü hasil edən 6,0 litrlik V12 mühərrikindən alır. Onun dizaynı bir az Ferrari F50-yə bənzəyir.

Qırmızı rəngə ən çox yaraşan avtomobillərdən biri: Ferrari FXX

2005-ci ildə buraxılan və cəmi 30 ədəd istehsal edilən “Ferrari FXX”in 6,3 litrlik V12 mühərriki 800 at gücü hasil edə bilir.

 Lamborghini Sesto Elemento

İlk dəfə 2010-cu ildə Paris avtosalonunda təqdim edilən “Lamborghini Sesto Elemento”nun cəmi 20 ədədi istehsal edilib.

570 at gücü hasil edə bilən bu avtomobil 5,2 litrlik V10 mühərriki ilə təchiz edilib.

Bugatti Bolide

28 oktyabr 2020-ci ildə təqdim edilən “Bolide” 8,0 litrlik dörd turbolu W16 mühərriki ilə 1600 at gücü verə bilər.

Onu da xatırladaq ki, tamamilə karbon lifindən hazırlanan avtomobilin çəkisi cəmi 1240 kiloqramdır.

McLaren P1 GTR

“McLaren P1″in yarış yolu versiyası kimi hazırlanmış bu avtomobil 2015-ci ildə təqdim edilib.

3,8 litrlik iki turbomühərrikli V8 mühərriki ilə P1 1000 at gücü hasil edə bilər.

Pagani Huayra R

2021-ci ildə təqdim edilən və 30 ədəd istehsal edilən, həm də yalnız trasa yönələn bu avtomobil 6,0 litrlik V12 mühərrikə malikdir.

Qeyd edək ki, “Pagani” 850 at gücünə malikdir.