Səfərə hazırlaşırsan? Bu səfər “Yelo App” ilə daha rahat olacaq. Yelo Bank-ın çoxfunksional mobil tətbiqi sayəsində filiala gəlmədən səfirlik arayışı sifariş edə bilərsən. Bunun üçün “Yelo App”in “Əlavələr” bölməsindən və ya istənilən kart və ya hesabın daxili menyusunda “Səfirliyə arayış” seçmək lazımdır. Burada lazım olan məlumatları doldurub, sifarişi tamamladıqdan sonra arayış 1 iş günü ərzində kuryer vasitəsilə olduğun yerə çatdırılacaq.
“Yelo Bank” daim innovativ yenilikləri ilə müştərilərin həyatını asanlaşdırmağa çalışır. Xüsusilə, “Yelo App” filiallarda həyata keçirilən bir sıra bank xidmətlərini özündə cəmləşdirir. Tətbiq vasitəsilə 2 dəqiqədən az vaxt sərf etməklə kart, kredit sifariş edə, həm ölkədaxili, həm də ölkəxaricinə pul köçürmələri, kommunal, parkinq, dövlət və bir sıra ödənişləri anında həyata keçirmək mümkündür. Bundan əlavə, “Yelo App” ilə telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçilərə asanlıqla pul göndərmək və ya ondan pul qəbul etmək funksiyaları da aktivdir. “Yelo App” yükləmək üçün: https://bit.ly/ylmbltb
Bankdan kredit götürmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
“Yelo Bank” – Parlaq bankçılıq!