İlin ikinci rübündə “Tesla”nın tədarükləri azalıb

“Tesla” 2024-cü ilin ikinci rübü üçün avtomobil istehsalı və tədarük məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, şirkətin yaydığı məlumatlara görə, ilin ikinci rübündə 410 min 831 avtomobil istehsal edilib.

Bu ilin ikinci rübündə “Tesla” tərəfindən təslim edilən avtomobillərin sayı illik bazda 4,8% azalaraq 443 min 956-ya düşüb.

Bazar gözləntiləri şirkətin bu dövrdə 439 min avtomobil təslim edəcəyi idi.

“Tesla” ötən ilin eyni dövründə 466 min 140 avtomobil tədarük edib.

“Tesla”nın avtomobil tədarükləri ilin birinci rübündə 8,5% azalaraq 2020-ci ildən bəri ilk dəfə illik bazda eniş göstərib.