“Şahdəniz”dən əldə olunan gəlirlər 10 dəfəyədək artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 405 475 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,6 dəfə çoxdur.

ARDNF-dən verilən məlumata görə, Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.05.2022 tarixinə) 96 995 min dollar olub, bu da 2,3 dəfə artım deməkdir.