“Audi” “ChatGPT”ni təxminən 2 milyon avtomobilə gətirir

Dünyanın ən mühüm avtomobil istehsalçılarından biri olan “Audi”, yeni texnologiyaları yaxından izləyir.

İndex.az xəbər verir ki, bu gün bir açıqlama verən şirkət, gələn ay təxminən 2 milyon avtomobildə “ChatGPT” süni intellektinə giriş təklif edəcəyini açıqladı.

2021-ci ildən etibarən buraxılan bütün MIB 3 əsaslı avtomobillərə inteqrasiya ediləcəyi deyilən “ChatGPT”, “Q6 e-tron” kimi yeni avtomobillərdə və “E3 1.2” elektron arxitekturasına sahib bütün gələcək modellərdə “Audi” köməkçisinin davamı olaraq işə başlayacaq.

Sürücülər “ChatGPT” ilə səslə əlaqə saxlaya və avtomobil idarə edərkən, həmçinin avtomobilin xüsusiyyətlərini yoxlayarkən ağlına gələn hər suala cavab tapa biləcəklər.