“Volkswagen” ABŞ-da 271 mindən çox avtomobili geri çağırıb

Alman avtomobil istehsalçısı “Volkswagen”, ehtimal olunan qəza zamanı ön sərnişin hava yastığının açılmaması səbəbi ilə ABŞ-da 271 mindən çox avtomobili geri çağırıb.

İndex.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən açıqlamada, geri çağırışın “2021-2024 Atlas” və “2020-2024 Atlas Cross Sport” model avtomobilləri əhatə etdiyi bildirilib.

Bildirilib ki, oturacaqda oturan şəxs varsa, sərnişin aşkarlama sisteminin naqillərində nasazlıq yarana və qabaq sərnişin hava yastığı sıradan çıxa bilər ki, bu da qəza zamanı yaralanma riskini artıracaq.

Açıqlamada, geri çağırışdan təsirlənən potensial avtomobil sayının 271 min 330 olduğu bildirildi. Açıqlamada dilerlərin sərnişin aşkarlama sisteminin sensorlarını və kabellərini pulsuz dəyişdirəcəkləri və geri çağırılmadan təsirlənən avtomobil sahiblərinin “Volkswagen”in müştəri xidmətləri ilə əlaqə saxlaya biləcəkləri bildirilib. “Atlas” və “Atlas Cross Sport Volkswagen”in ABŞ-da ən çox satılan avtomobilləri arasındadır.