“Azər Türk Bank”a işçi axtarılır

Azər Türk Bank

Daxili nəzarət və frod halların araşdırılması şöbəsinin rəisi

Son tarix 12 iyl 2024 – Müraciət et

Təsvir:

  • Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
  • Bankın baş ofis və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmaların təşkil edilməsi;
  • Frod hallarının aşkar edilməsi və araşdırılması üzrə işin təşkil edilməsi;
  • Frod hallarının aşkarlanması üzrə mexanizmlərin işlənib hazırlanması;
  • Rüblük, yarımillik və illik hesabatların hazırlanması.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri arzuolunandır);
  • Bank sahəsində minimum 5 il. nəzarət və ya audit sahəsində 3 illik iş təcrübəsi;
  • Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur);
  • CİA, CFE sertifikatlarının olması arzuolunandır;
  • Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;
  • Frod əməliyyatları barədə anlayışlar;
  • Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik, komandada işləmək bacarığı.