Naxçıvan iqtisadiyyatı 2%-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,2 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 % artaraq 1 141,8 manat olub.

Eyni zamanda, bu ilin yanvar-may aylarında muxtar respublikada 212 milyon 239 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 7,2 % üstələyib.

Sənaye məhsulunun 189 milyon 78 min 600 manatı və ya 89,1 %-i malların, 23 milyon 160 min 400 manatı və ya 10,9 %-i isə xidmətlərin payına düşüb.