Naxçıvanda itkin düşən əsgərin nəşi tapılıb

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb.

İndex.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.