Bu il “Azneft” 1,6 milyard kubmetrə yaxın qaz çıxarıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi bu ilin yanvar-mart aylarında 1,6 milyard kubmetrə yaxın qaz hasil edilib.

İndex.az “Azneft” istehsalat Birliyinə istinadən xəbər verir ki, bu, planın 101,5% əməl edilməsi deməkdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2%-dir.

Qeyd edək ki, hesabat dövründə SOCAR tərəfindən 1,9 milyard kubmetrdən çox qaz hasil olunub. Qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb.

Ölkə üzrə ümumilikdə 11,8 milyard kubmetr qaz hasil edilib. Birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə qaz hasilatı 13,5% artıb.