Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb.
İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək” – deyə nazir qeyd edib.