Mbappe: “Həyatımda ilk dəfədir ölkəmi tərk edirəm”

“Paris Sen-Jermen”dən ayrılan Kilian Mbappe gələcəyi və yeni klubu haqda danışıb.

İndex.az xəbər verir ki, fransalı ulduz yeni komandasının bir neçə gün sonra açıqlanacağını bildirib.

“Xoşbəxt olmaq istəyirəm, həyatımda ilk dəfədir ölkəmi tərk edirəm və çox həyəcanlıyam. İnanılmaz bir təcrübə olacaq. Yeni komandama qoşulmaq üçün səbirsizlənirəm. Mən kuboklar qazanmaq, yeni komanda yoldaşlarımla birlikdə olmaq istəyirəm. Ailəmin xoşbəxt olmasını və mənimlə karyeramdan həzz almasını istəyirəm”, – deyə Mbappe bildirib.

25 yaşlı ulduz futbolçunun yeni komandasının “Real Madrid” olacağı gözlənilir.