“Fənərbağça” “Real”ın sabiq hücumçusunu transfer edir

Türkiyə Super Liqasında mövsümü ikinci yerdə başa vuran “Fənərbağça” klubu səs-küylü transferə hazırlaşır.

Ali Koç 8-9 iyundakı konqresə qədər Kərim Benzema ilə anlaşma əldə etmək istəyir.

36 yaşlı hücumçu fantastik məvacibə rəğmən Səudiyyə Ərəbistanında istədiyi nəticələri əldə edə bilməyib. “Fanatik” nəşrində Ali Koçun yunan adalarında fransız forvardla görüşdüyü bildirilir.

Lakin əsas məsələ ərəbləri razı salmaqdır. Belə ki, futbolçunun klubla 200 milyon avro qazanacağı 2026-cı ilədək müqaviləsi var. “Əl İttihad” klubu “Liverpul”dan Mohamed Salahı transfer edəcəyi halda Benzema ilə yollarını ayıra bilər.