Rəisinin helikopteri öz marşrutundan kənara çıxmayıb – RƏSMİ

İranın Baş Qərargahı prezident İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı ilk hesabatını dərc edib.

İndex.az xəbər verir ki, yarı-rəsmi “Təsnim” xəbər agentliyinin məlumatına görə, Baş Qərargah bazar günü baş verən qəzadan sonra bazar ertəsi səhər saatlarında ekspert və texniki heyətin hadisə yerinə getdiyini bildirib.

Məlumata görə, helikopter bütün uçuş boyu əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət edib və marşrut yolundan çıxmayıb.

Qəzadan bir dəqiqə yarım əvvəl qəzaya uğrayan helikopterin pilotu konvoydakı digər iki helikopterlə əlaqə saxlayıb.

Helikopterin qalıqlarında heç bir güllə və ya oxşar izlərə rast gəlinməyib. Xəbərdə helikopterin dağa dəydikdən sonra yandığı da vurğulanıb.