“Real Madrid” Arda Gülər ​​üçün 10 təklifi rədd etdi!

Arda Gülər bu mövsüm “Madrid” forması ilə 440 dəqiqədə 6 qol vurub.

İndex.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, “Real Madrid”in türk ulduz üçün cəmi 10 transfer təklifini artıq rədd etdiyi öyrənilib.

Yəni, Ardanı icarəyə götürmək üçün Avropanın aparıcı liqalarından 10 klub müraciət edib. Amma bildirilir ki, “Real Madrid”in gənc ulduzunu kiməsə icarəyə vermək niyyəti yoxdur.