Bu klub Mourinyo üçün 7 milyon avro təklif edib

Növbəti mövsüm üçün planlarını davam etdirən “Beşiktaş” Xose Mourinyonu baş məşqçi təyin etmək istəyir.

İndex.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” Əziz Yıldırımın prezident seçiləcəyi təqdirdə “Fənərbağça”nın gündəmində olan Xose Mourinyo ilə görüş keçirib.

Vitse-prezident Hüseyn Yücel və bəzi idarəçilərin qatıldığı yığıncaqda məşhur məşqçiyə yeni mövsüm planları və hədəfləri barədə məlumat verilib. Bu görüşdən iki həftə sonra üç menecer İtaliyaya getdi və yenidən Mourinyo ilə masaya oturdu. Mourinyo təklifə müsbət yanaşdığını, lakin digər klublardan da təklif aldığını bildirib.

Vitse-prezident Hüseyn Yücel, Portuqaliyalı məşqçi ilə bir dəfə daha üz-üzə gələcək.

Portuqaliyalı məşqçinin 5 milyon avroya müsbət yanaşdığı iddia edilib. Mourinyonun köməkçiləri üçün isə illik 2 milyon avro istənildiyi deyilir.

Bu keçid baş tutsa, Mourinyonun illik dəyəri 7 milyon avro olacaq.