“Əl Nəsr” klubu Ronaldonun müqaviləsini uzatmaq istəyir

“Əl Nəsr” illik 200 milyon avro maaş ödədiyi Kristiano Ronaldo üçün yeni qərar verib.

İndex.az xəbər verir ki, “TalkSport”da yer alan məlumata görə, “Əl Nəsr” 39 yaşlı Kristiano Ronaldonun 2025-ci ildə başa çatacaq müqaviləsini daha bir il uzatmaq istəyir.

Bununla belə, portuqaliyalı ulduzun Ərəbistan yığmasında davam etməkdə maraqlı olduğu bildirilib.

Qeyd olunub ki, Ərəbistan yığması 39 yaşlı super ulduzu uzun müddət ölkədə saxlamağı hədəfləyib.

60 dəfə “Əl Nəsr”də çıxış edən Ronaldo 56 qol vurub, 14 məhsuldar ötürmə edib.