Nağdsız ödənişlərin məbləği ikiqat artıb

Azərbaycan Mərkəzi Bankı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini hökumətə təqdim edib.

İndex.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib. Onun sözlərinə görə, layihə aidiyyatı dövlət qurumları ilə razılaşdırılıb.

F.Osmanov qeyd edib ki, bu ilin I rübündə Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 4,4 milyard manatı olub.