Türkiyə şirkəti Xocavənddə bərpa işlərini 4,4 milyon manata aparacaq

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketinin Azərbaycan Respublikasındakı Filialı ilə 2 müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması nəzərdə tutulur.

2 müqavilənin məbləği 4 366 000 manatdır.