İraq 30 ildən sonra ilk dəfə Türkiyə ilə sərhəddə hərbi baza yaradıb

İraq Sərhəd Xidməti Türkiyə ilə sərhəddəki Zaho rayonuna aid Kişani kəndində iki hərbi baza qurub.

İndex.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda bildirilib ki, bu, iki ölkə arasında sərhəd təhlükəsizliyini təmin etmək üçün İraq və Türkiyə arasında əməkdaşlıq çərçivəsində atılmış bir addımdır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa səfər etmişdi. Bu, Türkiyə Prezidentinin 12 ildən sonra İraqa ilk səfəri idi.