“Trampın seçilməsi bizə iqtisadi cəhətdən müsbət təsir edəcək”

Donald Trapın Prezident seçilməsi Azərbaycana iqtisadi cəhətdən sərf edirmi?

İndex.az məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc ilə əlaqə saxlayıb.

İndex.az-a danışan Vüqar Oruc bildirib ki, biz ABŞ-ın siyasətini birbaşa olaraq onun prezidenti ilə əlaqələndirə bilmərik:

“ABŞ siyasətinin çox dərin kökləri var. ABŞ-ın əsas götürdüyü bir sıra prioritetlər var ki, onların dəyişəcəyini düşünmürəm. Buna baxmayaraq, sekçilərin nəticəsi ölkəmiz üçün uğurlu hesab edilə bilər. Çünki ABŞ hakimiyyətində Respublikaçılar partiyası olduğu müddətdə Azərbaycana qarşı təzyiqlər olmayıb. Donald Trampın hakimiyyəti dövründə də, müharibələrin azalacağını və ABŞ ilə Rusiya arasındakı münasibətlərin qaydasına düşəcəyini düşünürəm. Bu isə həm bizə, həm də dünyaya iqtisadi cəhətdən müsbət təsir göstərəcək. Çünki müharibələr iqtisadi çöküşə və bahalaşmaya gətirib çıxarır. Lakin bu o demək deyil ki, Tramp Azərbaycana qarşı dostluq münasibəti yaradacaq. Əgər gələcəkdə ABŞ-ın dövlətçilik maraqları Azərbaycana təsir etməyi tələb edirsə, Tramp bunu mütləq edəcək. Buna görə də, Azərbaycan tərəfi diqqətli olmalı və bu günə qədər yeritdiyi siyasətə davam etməlidir”.