ABŞ Ukraynanın ehtiyacı olan əsas silah-sursatların tədarükünə başlayıb

ABŞ Ukraynanın ehtiyacı olan əsas silah-sursatların Kiyevə tədarükünə başlayıb.

İndex.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder deyib.

O bildirib ki, ABŞ-nin yardım paketinə müxtəlif silah və texnika daxildir.

Rəsminin sözlərinə görə, bəzi növ silahların Ukraynaya çatdırılması daha uzun çəkə bilər.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.