Avropada ötən gün 20% artaraq 1 370 ABŞ dollaradək bahalaşan qaz bugünkü hərrac zamanı 1000 kubmetr üçün 1 100 ABŞ dollaradəkk ucuzlaşıb.
İndex.az xəbər verir ki, bu barədə Londondakı “ICE Futures” birjasının məlumatlarında deyilir.
Həmçinin regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in may fyüçersləri hərracın əvvəlində 1 140 ABŞ dollardan 1 085 ABŞ dollaradək ucuzlaşıb və hazırda 1100 ABŞ dolları ətrafında satılır.
Qeyd edək ki, ötən gün qiymətlərin kəskin artması Rusiyanın Polşa və Bolqarıstana qaz ixracını dayandırdıqlarını bəyan etməsilə bağlıdır.