FED-in faiz qərarına rəğmən qızılın qiyməti ucuzlaşmadı

FED sədri Cerom Pouel ABŞ mərkəzi bankının uçot dərəcələrini ilkin olaraq planlaşdırıldığından daha uzun müddət sabit saxlayacağını bildirib.

İndex.az xəbər verir ki, buna baxmayaraq, Pouelin açıqlamalarından sonra qızıl qiymətləri ucuzlaşmayaraq sabitliyini qoruyub.

Belə ki, spot qızılın unsiyası 2,381,99 dollar səviyyəsində sabit qalıb.

Gümüş, platin və palladium isə yüksəlişdədir.