Azərbaycan Dəmir Yolları işçi axtarır – VAKANSİYA

Azərbaycan Dəmir Yolları

Texniki dəstək üzrə mütəxəssis

Son tarix 26 apr 2024 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Kompüterlər, printerlər və digər avadanlıqların (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılmasını, sazlanmasını və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • Gündəlik yaranan nasazalıqları aradan qaldırmaq, kompüterlərin formatı, təmiri və proqramların yazılmasını həyata keçirmək; 
  • Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstək göstərmək; 
  • Standart və qeyri-standart proqramları yazmaq, baş verən problemləri araşdırıb həll etmək;
  • Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək; 
  • Texniki avadanlıqların və proqram təminatlarının quraşdırılması, konfiqurasiyası, diaqnostikası və sazlanmasını təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilməli; 
  • Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri, şəbəkə avadanlıqlarla işləmə bacarığına və elektron sistemlər üzrə biliklərə sahib olmalı.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 25.04.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.