Çin iqtisadiyyatı ilin birinci rübündə 5,3% artıb

Çin Dövlət Şurasının bu gün keçirdiyi mətbuat konfransında ilin birinci rübünün iqtisadi göstəriciləri açıqlanıb.

İndex.az xəbər verir ki, Çində ilin birinci rübündə Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artıb.

Bununlada, Çin iqtisadiyyatı 29 trilyon 629 milyard 900 milyon yuana çatıb.

Bu dövrdə iri sənaye müəssisələrinin əlavə dəyərli sənaye istehsalı əvvəlki illə müqayisədə 6,1%, yüksək texnologiyalı istehsal sektorunda əlavə dəyərli sənaye istehsalı isə 7,5% artıb.