NASA Mars torpağını Yerə gətirmək üçün ucuz yol axtarır

NASA, Marsa Nümunə Qaytarma missiyası çərçivəsində robot avtomobilləri ilə Marsda torpaq nümunələri toplamağa davam edir.

İndex.az xəbər verir ki, NASA-nın cari büdcəsi və cari xərclərini nəzərə aldıqda toplanmış materialların Yerə gətirilməsi 2040-cı ilə qədər mümkün deyil.

Buna görə də, NASA torpağı Marsdan Yerə qaytarmağın daha ucuz və sürətli yolunu axtarır.

Büdcə məhdudiyyətləri NASA-nın kəmərini sıxmasına səbəb olsa da, bəzi missiyaların həyata keçirilməsinin gecikməsinə səbəb olur.

Bu həftənin əvvəlində NASA-nın Administratoru Bill Nelson bildirmişdi ki, “Perseverance” Mars aparatının topladığı ilk nümunələri Yerə gətirmək üçün 11 milyard dollar lazım olacaq və bu, yəqin ki, 2040-cı ilə qədər baş verməyəcək.

Marsa Nümunə Qayıdış missiyasının bu qədər gecikdirilməsinin səbəbi isə kosmik agentliyin 2025-ci maliyyə ili büdcəsi, həmçinin gözlənilən əlavə büdcə kəsirləridir.

Nelson açıqlamasında belə uzun müddət gözləməyin qəbuledilməz olduğunu və məqsədlərinin 2040-cı illərdə Marsa astronavt endirmək olduğunu bildirib.