Avropanın ən işlək hava limanı açıqlandı

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 1-7 aprel tarixləri üçün “Avropa Aviasiya Hesabatı” dərc olunub.

İndex.az xəbər verir ki, hesabatda İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1412 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1326 uçuşla “Amsterdam Schiphol”, 1293 reyslə “London Hitrou” hava limanları izlədi.