Əmək müqavilələrinin sayı 2 milyona yaxınlaşır

Bu ilin ilk rübündə Azərbaycanda əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7% artaraq 1 milyon 839 min 109-a çatıb.

Bu barədə İndex.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9% artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38%, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.