“Xalq Sığorta”ya işçi axtarılır

Xalq Sığorta

Rəqəmsal marketinq mütəxəssisi

Son tarix 09 may 2024 – [email protected]

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Rəqəmsal marketinq üzrə 3 il iş təcrübəsi;
  • META, Google Ads və Google Analytics üzrə beynəlxalq sertifikatın olması üstünlükdür;
  • Analitik düşüncə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
  • Dil bilikləri- azərbaycan dili- əla; ingilis dili–yaxşı; rus dili-arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası;
  • Şirkətin rəqəmsal kanallarında aylıq paylaşılacaq kontentin hazırlanması, bu kontent üzrə büdcə strategiyasının müəyyən edilməsi və reklamların yerləşdirilməsi;
  • Kampaniyanın nəticələrinin ölçülməsi və hesabatların hazırlanması;
  • Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi;
  • Məhsullar üzrə bazar araşdırma aparılması və müvafiq effektiv rəqəmsal kommunikasiya kanallarının seçilməsi;
  • Vebsaytın SEO-ya optimizasiyası;
  • Dizayn komandası ilə sıx çalışmaq.

 Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
  •  Portfolio mütləqdir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Rəqəmsal marketinq mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.