Putin müsəlmanları təbrik etdi

Rusiyadakı müsəlman təşkilatları Rusiyanın birliyini gücləndirir.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edərkən deyib.

V.Putin əlavə edib ki, müsəlmanlar vətənpərvərlik, maarifləndirmə və xeyriyyəçilik təşəbbüslərinin həyata keçirilməsində iştirak edirlər.

Onlar həmçinin xalqın birliyinin möhkəmləndirilməsinə və millətlərarası harmoniyanın qorunmasına böyük töhfə verirlər”, – deyə prezident qeyd edib.