Ramazan ayı başa çatdı – Bayram namazı qılındı

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə “Təzəpir” və digər məscidlərdə bayram namazı qılınıb.

İndex.az xəbər verir ki, Təzə Pir məscidində qılınan bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.