Bu il Azərbaycanda ÜDM istehsalı 4% artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 096,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% çox ümumi daxili məhsul istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6,7% artıb.

ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 856,5 manata bərabər olub.