“Unibank” kapitallaşma ilə bağlı qərar verəcək

Mayın 6-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az banka istinadən xəbər verir ki, yığıncaqda kapitallaşma ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edilib ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bankın baş ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.