İlon Mask indi də “Tesla Robotaksi” üzərində çalışır

Dünyanın ən varlı insanlarından biri olan İlon Mask dünən gecə uzun müddətdir danışılan “Tesla Robotaksi” üçün tarix verib.

İndex.az xəbər verir ki, İlon Maskın sözlərinə görə, avqustun 8-də avtonom/sürücüsüz hərəkət edə bilən nəqliyyat vasitəsi olan “Tesla Robotaksi” təqdim ediləcək.

Mask hələ bu avtomobil üçün heç bir məlumat və ya nəzərdə tutulan təfərrüat vermir. Şəkildəki kimi görünə bilən, lakin çox daha kiçik dizayn edildiyi iddia edilən vasitə müəyyən yerlərdə yorulmadan yoluna davam edəcək və böyük ehtimalla bu mövzuda ən qabaqcıl variantlardan biri olacaq.