“LinkedIn”də oyun oynamaq mümkün olacaq

“LinkedIn” qeyri-adi bir addım atdı və istifadəçilərə platformada daha çox vaxt keçirməyə və şəbəkələrini genişləndirməyə imkan vermək məqsədi ilə üç yeni tapmaca oyunu elan etdi.

İndex.az xəbər verir ki, mart ayında oyun sınaqlarına başlayan “LinkedIn”, “Queens”, “Crossclimb” və “Pinpoint” adlı üç fərqli tapmaca oyunu təqdim etdi.

“LinkedIn News” komandası tərəfindən hazırlanmış oyunların hər biri gündə yalnız bir dəfə oynana bilər. Beləliklə, istifadəçilərin gündəlik işlərinə qısa bir ara vermələri hədəflənir.