“Azersun Holdinq” işçilər axtarır – VAKANSİYALAR

Azersun Holding

Kateqoriya üzrə mütəxəssis

Son tarix 05 may 2024 Müraciət et

Tələblər:

  • Ali təhsilli: (menecment, iqtisadiyyat, marketinq sahəsində); 
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzu olunandır;
  • Müvafiq sahədə üzrə 1 il iş təcrübəsi;
  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olması;
  • Təqdimat hazırlama və təqdim etmə bacarığı;
  • Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini bilməli.

Vəzifə öhdəlikləri:

  • Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
  • Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
  • Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
  • Endirim kataloqlarının planlanması;
  • Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Kompüter mütəxəssisi

 Son tarix 05 may 2024 Müraciət et

Vəzifəyə tələblər:

  • Ali təhsilli (müvafiq sahə üzrə); 
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Əməliyyat sistemlərini bilməli;
  • Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
  • Komputerlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
  • CCNA , Microsoft OS sertifikatları arzu olunandır;
  • Ezamiyyətlərə açıq olmalı.

Vəzifə öhdəlikləri: 

  • Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
  • Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
  • İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
  • Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
  • Komputer, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
  • PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
  • Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • Növbəli iş qrafiki;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri
  • Sumqayıt şəhəri
  • Qaradağ rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Komputer üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.