“Avrozona”da əmlak qiymətləri aşağı düşüb

Avropa Statistika İdarəsi 2023-cü ilin dördüncü rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatları açıqlayıb.

İndex.az xəbər verir ki, “Avrozona”da ev qiymətləri ötən ilin son rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% azalıb.

Müvafiq olaraq, evlərin qiymətləri əvvəlki rüblə müqayisədə 0,7% azalıb.

Aİ-də mənzil qiymətləri 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə 0,3% azalıb, 2022-ci ilin son rübünə görə isə 0,2% artıb.

Son rübdə mənzil qiymətləri Lüksemburqda 14,4%, Almaniyada 7,1%, Finlandiyada 4,4%, Fransada 3,6%, İsveçdə 2,9%, Avstriyada 1% artıb, Slovakiyada 1,1% azalıb.