“AFB Bank”a işçi axtarılır

AFB Bank

Büdcə və Maliyyə nəzarəti üzrə aparıcı/baş mütəxəssis

Son tarix 02 may 2024 – [email protected]

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə olması üstünlükdür);
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Analitik düşüncə, operativlik;
  • MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin təsviri:

  • Strukturun əsasnaməsinə uyğun olaraq həvalə olunmuş digər tapşırıqların həyata keçirilməsi;
  • Büdcənin tərtibi və onun icrasına nəzarət;
  • Büdcə ilə bağlı dövri hesabatların hazırlanması;
  • Bankın Büdcəsinin tərtibi prosesində struktur bölmələrlə koordinasiya işinin təşkili;
  • Gündəlik əsasda Bankın balans, mənfəət/zərər, nağd pulun hərəkəti hesabatlarının hazırlanması;
  • Gəlir mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi üçün onların hər birinin ayrı-ayrılıqda maliyyə hesabatlarının hazırlanması;
  • Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması;
  • Gəlir və xərclərin təhlili, gəlirlərin artırılması və xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Büdcə və Maliyyə nəzarəti üzrə aparıcı/baş mütəxəssis  qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.