“Tesla” “Model Y”nin qiymətini artırıb

“Tesla”nın saytında yer alan məlumata görə, şirkət ABŞ-da bütün “Model Y” avtomobillərinin qiymətini min dollar artırıb.

İndex.az xəbər verir ki, buna uyğun olaraq “Model Y” əsas variantı 44 min 990 dollara, uzun məsafəli və performans variantları isə müvafiq olaraq 49 min 990 və 53 min 490 dollara satışa təqdim edilir.

“Bloomberg2in məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi məlumata görə, “Tesla”, tələbin azalması və bazarda güclü rəqabətlə mübarizə apardığı bir mühitdə aprelin 23-də Çindəki fabrikində avtomobil istehsalını azaltmaq qərarına gəlib.

Mövzu ilə bağlı təfərrüatları təqdim edən mənbələr iddia edib ki, şirkət rəsmiləri martın əvvəlində Şanxaydakı fabrik işçilərindən həftədə beş gün işləməyi və Çində istehsal olunan “Model Y” idman avtomobili və “Model 3” sedanının istehsalını azaltmağı xahiş etdi.