“Azərbaycan Sənaye Korporasiyası” işçi axtarır – Maaş 1800 manat

Azərbaycan Sənaye Korporasiyası

Satınalma, təchizat və logistika şöbəsinin aparıcı mütəxəssisi

Son tarix 01 iyn 2024 – [email protected]

İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədlərə dair tələblər:

  • Biznes/Menecment/İqtisadiyyat üzrə ali təhsil;
  • Satınalma sahəsində müvafiq olaraq 2 ildən az olmayaraq  iş təcrübəsi;
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
  • Səlis  Azərbaycan dili, İngilis və ya Rus dili bilikləri;
  • Araşdırma və analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Məntiqi düşünmə bacarığı;
  • ERP sistemi, Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
  • CIPS 3 və ya digər beynəlxalq satınalma sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
  • INCOTERM haqqında məlumatlara sahib olmaq.

İşin təsviri:

  • Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Dövlət satınalmalarının vahid internet portalında müvafiq əməliyyatlar aparmaq;
  • Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
  • Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
  • Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyin digər tapşırıqlarının icrası.

Əmək haqqı – 1 800 AZN gross

Yalnız tələblərə uyğun namizədlər müraciət etsin.

CV-lərin Azərbaycan dilində təqdim edilməsi mütləqdir.