İngiltərədə kirayə ev qiymətləri 24,2% artıb

İngiltərədə kirayə ev qiymətləri kəskin şəkildə yüksəlib.

İndex.az xəbər verir ki, İngiltərədə orta mənzil kirayəsi ötən ilə nisbətən 24,2% artaraq 2023-cü ildə 1258 strelinqə çatıb.

Qeyd edək ki, İngiltərədə ilk dəfə ev alanların ödədiyi orta aylıq ipoteka məbləği 1231 sterlinqdir.

Son 10 ildə mənzil kirayələrində artım 82% təşkil edib.

İlk dəfə ev alanların ödədiyi aylıq ipoteka məbləği 2023-cü ildə 27%, son 10 ildə isə 113% artıb.